Ərdoğan-Tramp görüşünün gündəliyi məlum oldu
Bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Bu barədə “TRT-Haber” məlumat yayıb.
Bildirilir ki, görüş Bakı vaxtı ilə 19:15-də başlayacaq, daha sonra isə iki lider birgə nahar edəcək.
Bildirilir ki, görüşdə iki ölkənin münasibətləri və regional məsələlər əsas müzakirə mövzusu olacaq.
“Anadolu” agentliyinin məlumatına görə,görüş zamanı ticarət, investisiya, müdafiə sənayesi və hərbi anlaşmalar, həmçinin regional münaqişələr və sülh təşəbbüsləri diqqət mərkəzində olacaq.
Görüşdə F-16 və F-35 layihələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq və investisiya imkanları kimi mövzuların müzakirə olunacağı gözlənilir.
Rusiya-Ukrayna münaqişəsi, Qəzza, Azərbaycan-Ermənistan,Türkiyə-Ermənistan münasibətləri və Suriya kimi mövzular da gündəmə gələcək.




