Ərdoğan: İsrail imzasının arxasında durmalıdır
Qəzzada iki ildir davam edən qətliam və soyqırımı dayandıracaq bütün layihələrə dəstəyimiz tamdır”.
Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Rizədə keçirilən toplantısında çıxışı zamanı bildirib.
“Biz arzu edirik ki, əldə olunan razılaşma Qəzza və digər Fələstin torpaqlarında daimi sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət etsin. İsrail imzaladığı sənədin arxasında durmalı və bölgəyə, həmçinin vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan aqressiv siyasətinə son qoymalıdır. Qəzzada iki ildir davam edən qətliam və soyqırımı dayandıracaq bütün layihələrə dəstəyimiz tamdır”, – o qeyd edib.




