Ağstafa

Energetika naziri Qazaxda vətəndaşları qəbul edəcək

7 mart / 10:56 2 dəq
99f1e5d1 4c1b 395e adb8 0eff5db136a0
7 mart / 10:56
Burada sizin reklamınız ola bilər

Martın 29-da energetika naziri Pərviz Şahbazov Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qerbxeber.com Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 12:00-dan başlayaraq Qazax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qazax şəhəri, Heydər Əliyev parkı) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər