Dünya

Əliyev və Paşinyan razılaşdı: Bakı ilə İrəvan bundan sonra vasitəçilərsiz danışacaqlar

10 iyul / 16:22 1 dəq
Aliyev pashinyan nevv
10 iyul / 16:22
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Ermənistan danışıqları vasitəçi olmadan davam etdirəcəklər.

Bu barədə Qerbxeber.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb”, – nazirlikdən qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər