Dünya

Əfqanıstanda yenidən güclü zəlzələ oldu

4 sentyabr / 22:03 1 dəq
Efqanistan zelzele
4 sentyabr / 22:03
Burada sizin reklamınız ola bilər

Cümə axşamı Əfqanıstanın şərqində 6,1 bal gücündə zəlzələ olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Bildirilib ki, zəlzələ UTC vaxtı ilə saat 16:56-da Cəlalabad şəhərindən 48 km, Əsədabaddan 36 km uzaqlıda baş verib.

Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, 31 avqustda Əfqanıstanda baş verən dağıdıcı zəlzələ nəticəsində indiyədək 2200-dən çox insan ölüb.

Paylaş
Burada sizin reklamınız ola bilər