ƏBU-Dabidə Əliyev-Paşinyan görüşü başladı-DETALLAR məlum oldu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.
Görüşün məhz niyə sözügedən ölkədə keçirilməsi və detalları barədə Teleqraf.az– araşdırma aparıb.Qerbxeber.com həmin yazını təqdim edir:
Əvvəla görüşün BƏƏ-də keçirilməsi heç də təsadüfü deyil.Çünki, bu ölkə hər zaman Azərbaycana qarşı dost mövqeyi ilə seçilir və illərdir sözügedən prosesdə Azərbaycana qarşı qərəz nümayiş etdirməyib.
Həmçinin o da qeyd olunmaldır ki, BƏƏ həm Azərbaycanda, həm də Ermənistanda ən böyük investorlardandır. İkitərəfli təmaslar BƏƏ-də keçirilsə də, sözügedən ölkə burada hər hansısa tərəf rolunu oynamır. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin israrı ilə görüş vasitəçi olmadan həyata keçirilir.
Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı gözlənilməsə də, sülh istiqamətində vacib addımlar atılacağı bildirilir. Görüşün əsas mövzularında biri də Zəngəzur dəhlizinin açılması olacaq.
Görüşlə bağlı əsas məqam Nikol Paşinyan administrasiyası və bütövlükdə Ermənistanın Azərbaycanın sülh konsepsiyasını qəbul etməsidir. Bu da Əbu-Dabi danışıqlarının formal görüş olmadığını göstərir. Heç şübhəsiz ki, Cənubi Qafqazda sülhü pozmaq istəyən xarici qüvvələr vardır. Buna görə də sülhü əldə etmək və onu qorumaq üçün region ölkələrinin əməkdaşlığı vacibdir.




