Şəmkirdə uzun müddət qəzalı vəziyyətdə olan Əhməd Cəmil adına Zəyəm qəsəbə Tam orta ümumtəhsil məktəbininası əsaslı təmirdən sonra istifadəyə verilib.
Qerbxeber.com Qazax Tovuz RTİ istinadən xəbər verir ki, Şəmkir rayonu Ə.Cəmil adına tam orta məktəbin fevralın 10- da əsaslı təmirdən sonra istifadəyə verilib.
Bununla bağlı məktəbdə geniş tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Anar Məcidov, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunduqdan sonra 1176 şagird yerlik sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, gənclərin ibtidai hərbi hazırlığı otaqları, kitabxana, yeməkxana, akt və idman zalı, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb.
Xatırladaq ki, 2019-cu ildə, Qerbxeber.com saytı olaraq, Şəmkir rayonu Ə.Cəmil adına Tam orta məktəbin qəzalı vəziyyətini bir neçə dəfə çəkiliş edərək ictimailəşdirmişik.Həmin dövrün fotolarını təqdim edirik:



