Xəbər

DYP-dən sürücülərə müraciət: “Yollarda görünüş məsafəsi məhdudlaşıb”

11 mart / 09:26 1 dəq
632d10c8 e4aa 318b 80fb 10a248f6f8e8
11 mart / 09:26
Burada sizin reklamınız ola bilər

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev “Qərb Xəbər”ə bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

“Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”, – İdarə rəsmisi vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər