Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələb edilir.
“Qərb Xəbər” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Belə ki, Meksika və Fransa martın 29-da Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyiblər.
Analoji təklif ölkədə humanitar vəziyyətin pisləşməsi fonunda verilib.
İclasda Ümumdünya Ərzaq Proqramı nümayəndələrinin məruzələri gözlənilir.