Hadisə

DSX-nin hərbi qulluqçusu qəlpə yarasından həlak olub

4 noyabr / 22:47 1 dəq
6184284ede07f6184284ede08016360510226184284ede07c6184284ede07e
4 noyabr / 22:47
Burada sizin reklamınız ola bilər

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, noyabr ayının 4-də saat 17:20 radələrində DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən qəlpə yarası alıb. Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar DSX və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər