Xəbər

Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

24 yanvar / 11:21 1 dəq
İlham Aliyev ferman
24 yanvar / 11:21
Burada sizin reklamınız ola bilər

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

Qerbxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər