Elm və Texnologiya

Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək

31 yanvar / 10:36 1 dəq
64d65a96 280b 3e23 A333 Eea22b856e6c 850
31 yanvar / 10:36
Burada sizin reklamınız ola bilər

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə sözügedən tədbirlərin icrası nəzərdə tutulur.

Bununla yanaşı, 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin ediləcək.

Həmçinin, 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili planlaşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər