Dövlət Departamenti: Bu qərar Vaşınqtonun Ukraynaya hərbi yardımını tamamilə dayandırmaq anlamına gəlmir
ABŞ hökumətinin Ukrayna rəhbərliyinə bəzi silahların tədarükünü müvəqqəti dayandırmaq qərarı bildirməsi,Vaşinqtonun Ukraynaya hərbi yardımını tamamilə dayandırması anlamına gəlmir.
Qerbxeber.com APA-ya istinad’n xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Biz Ukraynaya silah tədarükünü tamamilə dayandırmamışıq, yalnız müəyyən bir aspekt, konkret bir vəziyyət dəyişib,” – deyə Bryus qeyd edib.
“Qəti şəkildə vurğulayıram: bu, Ukraynaya yardım və silah tədarükünün dayandırılması anlamına gəlmir”, – Dövlət Departamentinin rəsmisi əlavə edib.




