Hadisə

Dövlət başçısı: İndiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib

26 may / 14:05 2 dəq
647082bb466d6647082bb466d71685095099468eeb4cb4eb82237970c61020f87ece
26 may / 14:05
Burada sizin reklamınız ola bilər

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olmuş, onlardan 57-si həlak olmuş, 245-i isə ağır yaralanmışdır.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.

“Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”, – müraciətdə qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər