Bölgə xəbərləri

Dolu düşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

14 mart / 16:16 1 dəq
Dolu yagisi 3 1024x768
14 mart / 16:16
Burada sizin reklamınız ola bilər

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qerbxeber.com verilən xəbərə görə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Paylaş
Burada sizin reklamınız ola bilər