Dünya

Dolların qiymətinə təsir edən qərar açıqlandı

2 noyabr / 08:42 1 dəq
Us dollars
2 noyabr / 08:42
Burada sizin reklamınız ola bilər

ABŞ-də mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) çərşənbə günü keçirilən iclasdan sonra baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.

Bildirilib ki, ABŞ hökuməti uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2% inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlərə dəstək olaraq, FED federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamağa qərar verib.

Qeyd olunub ki, FED həmçinin xəzinədarlıq və ipoteka qiymətli kağızlarını azaltmağa davam edəcək.

Mənbə: TASS

Paylaş
Burada sizin reklamınız ola bilər