İqtisadiyyat

Dollara tələb artıb

25 avqust / 14:03 1 dəq
98bcb349 451f 33ae a35e bd7539007a96
25 avqust / 14:03
Burada sizin reklamınız ola bilər

Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə AMB məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 20-nə nisbətən 2,5 milyon ABŞ dolları və yaxud, təxminən, 4% artaraq 64,8 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Paylaş
Burada sizin reklamınız ola bilər