Bölgə xəbərləri

Dişlərə zərər verən qidalar

22 noyabr / 13:22 2 dəq
AuBVMfGO
22 noyabr / 13:22
Burada sizin reklamınız ola bilər

Diş sağlamlığına yalnız şəkərli qidalar zərər vermir, çipslər də diş minası üçün təhlükəli məhsullardan biridir.

Bunu rusiyalı həkim Yuliya Lapuşkina deyib.

“Çipslər çürük bakteriyaların çoxalmasına səbəb olurlar. Böyük miqdarda sitrus meyvələri də zərərlidir. Bu onların tərkibindəki askorbin turşusunun minaya zərər verməsi və orada kiçik dəliklər əmələ gətirməsi ilə bağlıdır. Uşaqların və böyüklərin çox sevdiyi şirniyyat və digər müxtəlif şirin konfetlər dişlər üçün zərərlidir. Onların hissəcikləri minanın səthinə möhkəm yapışır, dişlərarası boşluqlarda ilişib, kariyesə səbəb olan bakteriyalar üçün ideal çoxalma zəmini yaradır”, – o bildirib.

Lapuşkinanın sözlərinə görə, kartof həm qaynadılmış, həm də qızardılmış halda diş minası üçün təhlükəlidir. Bu, məhsulun patogen bakteriyaların böyüməsinə səbəb olan nişasta mənbəyi olması ilə əlaqədardır.

Həkimin qənaətinə görə, dişlər üçün təhlükəli olan digər məhsul ətdir. Ət dişlərdə ilişib qalan çoxlu liflərə malik olduğu üçün təhlükəlidir. Buna görə də bu yeməkdən sonra ağız boşluğunun gigiyenasına diqqət edilməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər