Hadisə

DİN: Dövriyyədən çıxarılmış 4 ton narkotik məhv edib – VİDEO

30 may / 08:14 1 dəq
Indir 2025 05 30t081351.913
30 may / 08:14
Burada sizin reklamınız ola bilər

Mayın 29-da məhkəmə qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 2334 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 555 kiloqram müxtəlif narkotik vasitə və 93 min 228 ədəd psixotrop tərkibli həb “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər