Devid Kemeron Britaniyanın xarici işlər naziri təyin olunub
Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Baş nazir Rişi Sunakın ofisi məlumat yayıb.
Qeyd edək ki, Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri postunda çalışıb.
O, yeni vəzifəsində Ceyms Kleverlini əvəz edəcək.




