Bölgə xəbərləri

DÇ-2026-nın formatı dəyişdirilə bilər

16 dekabr / 17:16 1 dəq
5b1fe809 2cad 32b0 be7e 2b2d503a8a2a
16 dekabr / 17:16
Burada sizin reklamınız ola bilər

2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının formatı dəyişdirilə bilər.

“Qərb Xəbər” xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino mətbuat konfransında bildirib.

52 yaşlı funksionerin sözlərinə görə, 48 komandanın qatılacağı DÇ-2026-nın formatı ilə bağlı iki ehtimal nəzərdən keçirilir.

O deyib ki, ali futbol qurumunun ilk variantı üç komandadan ibarət 16 qrupun təşkilidir: “Hər birində üç komandadan ibarət 16 qrupa bölünmə planı təsdiqlənib. Lakin buna yenidən baxıla bilər. Dörd komandadan ibarət 12 qrupun ən yaxşı seçim olacağına dair fikirlər də var”.

Qeyd edək ki, növbəti mundialın 2026-cı ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər