Bölgə xəbərləri

Daşkəsəndə avtomobil qəzasında bir nəfər ölüb

3 dekabr / 16:54 1 dəq
03fb4cd7 02eb 3eaf ad4c eb8fd4436469
3 dekabr / 16:54
Burada sizin reklamınız ola bilər

Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb.

“Qərb Xəbər”in məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində “Soyuq bulaq” deyilən ərazidə qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Niva” markalı maşın toqquşub. Nəticədə “Niva”nın sürücüsü – Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər