Dünya

Danimarka Baş naziri:Rusiya 2030-cu ilə qədər Avropa üçün təhdidə çevriləcək

8 iyul / 18:22 1 dəq
Mette frederiksen daniya premier
8 iyul / 18:22
Burada sizin reklamınız ola bilər

Rusiya onilliyin sonuna qədər Avropa İttifaqı üçün təhdidə çevrilə bilər.

Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“Rusiyanın silahlanması o deməkdir ki, bu ölkə iki və ya beş il ərzində Avropa və NATO üçün ciddi hərbi təhdidə çevriləcək. Buna görə də bizim prioritetimiz Avropanın təhlükəsizliyini gücləndirməkdir. Ən geci 2030-cu ilə qədər olmaqla özümüzü müdafiə etməyə qadir bir formaya gəlib çıxmalıyıq”, – Baş nazir vurğulayıb.

Frederiksen Avropanın son 30 ildə öz hərbi xərclərini azaltmasını tənqid edib və bunu böyük səhv adlandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər