Hadisə

Daha 16 ailə Laçına yola salınıb

28 iyul / 08:59 1 dəq
Indir 2023 07 22T100628.772
28 iyul / 08:59
Burada sizin reklamınız ola bilər

Daha bir neçə ailə Laçına yola salınıb.

“Qərb Xəbər” xəbər verir ki, bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər