Cozef Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, dünya müharibəsi başlayacaq”
Cozef Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, dünya müharibəsi başlayacaq”
ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.” Qərb xəbər”bildirir ki, bunu NBC telekanalına müsahibəsində Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden deyib. Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır. ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”. Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.




