Coşqun Cəbrayılov icra başçısı təyin edildi – SƏRƏNCAM
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edilib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə dövlət başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.




