Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Çörəyin qiyməti arta bilərmi? – İqtisadçı açıqladı

25 iyul / 15:01 3 dəq
Tam buğda çörəyininfaydaları
25 iyul / 15:01
Burada sizin reklamınız ola bilər

Məlumdur ki,Azərbaycan taxıl təlabatını tam ödəyə bilmir. Ölkənin taxıla olan təlabatının xeyli hissəsi xaricdən idxal olunur. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi dünyada qlobal  ərzaq qıtlığına, taxıl və digər dənli bitkilərin qıtlığına və bahalaşmasına əsas verir. Ölkədə və dünyada  çörəyin qiymətinin qalxa bilərmi? , Azərbaycan özünün taxıla olan ehtiyacını ödəyə bilərmi?

Məsələni “Qərb Xəbər”ə dəyərləndirən iqtisadçı  Nazim Bəydəmirli bildirdi ki, Azərbaycanda uzun illərdir ərzaqlıq buğdanın istehsalı ilə bağlı problem yaşanır.

“Təəssüf ki, bir neçə il bundan qabaq texniki bitkilərin yəni pambığın əkini ilə bağlı kompaniya xarakterli addımlar atıldı. Bir çox buğda sahələri də pambıq üçün istifadə edilməyə başladı. Bu, rayon icra başçılarının ‘yuxarıların’ gözünə yaxşı görünmək istəmələrindən irəli gəlirdi. Eyni zamanda əkin sahələrini şişirdərək, təyin olunmuş subsidyalar mənimsənilirdi.

Həmçinin, biz son illərdə Rusiyadan asılı olmuşuq. Hər il ərzaq buğdasının 80 faizi, yəni, təxminən 1 milyon tondan çox buğda Rusiyadan idxal olunur. Rusiya-Ukrayna müharibəsi ilə bağlı rus pulunun qeyri-stabilliyinə görə Azərbaycanda rus məhsulları daha çox bahalanır. Ona görə də Rusiya ilə ticarət etmək daha da çətinləşir”.

 

İqtisadçı rayonlarda sahibkarların təsərrüfatı yerli icra orqanlarının əli ilə sıradan çıxarıldığını qeyd etdi.

“Mən hökumətə tövsiyə edərdim ki, Azərbaycanın potensiyalından maksimum istifadə etmək lazımdır. Eyni zamanda rəqabət mühitini təmin etmək lazımdır. Sahibkarlara daha yaxşı şərait yaratmaq daxili istehsala çox böyük təsir edəcəkdir. Sahibkarlıq dedikdə insanların gözünün qarşısına məmurlar gəlir. Bu proses davam etdikcə ölkədə ərzaq qıtığı ola bilər. Aclıq da qaçınılmaz olar”.

Nazim Bəydəmirlinin sözlərinə görə Azərbaycan taxılının una əlverişli olmaması iddiaları tamamilə antikompaniyanın nəticəsidir.

“Toxumçuluq da aşağı səviyyəyə endirilib. Kənt Təsərrüfatı Nazirliyinə bu işlərdən xəbəri olmayan şəxslər gətirilib. Təsərrüfat ilə əlaqəli heç bir bilikləri, savadları olmayan adamlar bu işlərə cəlb olunub. Rusiya taxıl məsələsində müxtəlif ölkələri özündən asılı vəziyyətə saldığı üçün taxıl satışını bir ticarət silahına çevirib. Bunu da bizə qarşı istifadə edir. Azərbaycanda hər cür məhsul yetişdirmək mümkündür”.

“Bütün bu mənfi proseslər belə davam edərsə, düşünürəm çörəyin qiymətində artım müşahidə edəcəyik” – deyə iqtisadçı əlavə edib.

Rahib İsgəndərli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı