Dünya

Con Kirbi Fransadakı növbədənkənar parlament seçkisinə münasibət bildirib

12 iyun / 11:15 2 dəq
666936af5e70c666936af5e70d1718171311666936af5e70a666936af5e70b
12 iyun / 11:15
Burada sizin reklamınız ola bilər

“Avropa Parlamentinə keçirilən seçkiyə birmənalı yanaşmaq olmasa da, oradakı istənilən siyasi qüvvə ilə işləməyə hazırıq”.

Qerbxeber.com məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommuniksiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.

O, həmçinin Fransa Prezidenti Emmanuel Makronun qərarı ilə təyin edilən növbədənkənar parlament seçkisinə də toxunub:

“Birləşmiş Ştatlar Avropa Parlamentindəki seçkilərə birmənalı yanaşmır. Avropanın özündə də bir çox siyasi qüvvələr eyni fikirdədir. Demokratiya məhz belə olur: hər kəs öz iradəsini açıq şəkildə ifadə edir. Avropanın Ali Qanunverici Orqanında hansı siyasi qüvvə təmsil olunacaqsa, Birləşmiş Ştatlar onunla səmərəli əməkdaşlıq qurmağa çalışacaq. Bu da həqiqətdir ki, biz hələ Avropa ilə ümumi maraqlar uğrunda birgə işləyə bilmirik, lakin Ukraynanın ərazi bütövlüyü və azadlığı kimi məsələlərdə mövqeyimiz eynidir. Oxşar yanaşma Fransa ilə münasibətlərə də aiddir. Orada hakimiyyətə yalnız demokratik yolla kimin gəlməsindən asılı olmayaraq, rəsmi Parislə hərtərəfli əməkdaşlıq edəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər