Maraqlı

Coğrafiya İnstitutu: İyul ayı hava yağıntılı və qeyri-sabit keçəcək

30 iyun / 13:10 1 dəq
Leysan yagis
30 iyun / 13:10
Burada sizin reklamınız ola bilər

“İyul ayı stabil aylardan olsa da, şimaldan Azərbaycana daxil olan soyuq hava kütlələri nəticəsində qeyri-sabit hava şəraiti gözləniləndir”.

Qerbxeber.com xəbər verir ki,bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

“Həmin soyuq hava kütlələri nəticəsində, Azərbaycana bol yağıntıların düşməsi gözləniləndir. Bu da daşqınlara, çaylarda sululuğun artmasına səbəb ola bilər. Lakin hava şəraiti may-iyun aylarında normadan aşağı keçdiyinə görə, iyulda nisbətən isti ola bilər”, – o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər