İdman

ÇL: “Qarabağ” bu gün “Rakuv” klubu ilə cavab matçına çıxacaq

2 avqust / 08:56 1 dəq
Indir 2023 08 02T085539.226
2 avqust / 08:56
Burada sizin reklamınız ola bilər

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“Qərb Xəbər”in məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “köhlən atlar” mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr “Aris”i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa)
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun – 2:3
Bakı Olimpiya Stadionu

Paylaş
Burada sizin reklamınız ola bilər