Dünya

ÇL: 1/8 final mərhələsinə bu gün start veriləcək

13 fevral / 10:26 1 dəq
Indir 2024 02 13T102616.522
13 fevral / 10:26
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

“Qərb Xəbər”in məlumatına görə, ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.

İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leyptsiq”lə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral

00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Xose Maria Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).
Leyptsiq, “RB Arena”

Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər