Çin kosmosa iki peyk göndərdi
Çin kosmosa iki “Çian” sinifli yer müşahidə peyki göndərib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, elmi eksperimentlər və təfərrüatlı yer müşahidələri üçün nəzərdə tutulmuş “Xian-20A” və “Xian-20B” peykləri “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən buraxılıb.
Sinxua agentliyinin məlumatına görə, peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşiblər.
Adı Çin dilindən tərcümədə “təcrübə” mənasını verən peyk kosmik mühiti müşahidə etmək üçün orbital texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.




