Dünya

Ceyhun Bayramov Hakan Fidanla danışıb,Türkiyə ərazisinə raket hücumunu qınayıb

13 mart / 22:11 1 dəq
Ceyhun hakan1
13 mart / 22:11
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə Qerbxeber.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

Ceyhun Bayramov bu gün Türkiyənin ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər