Dünya

Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər?

27 fevral / 22:20 1 dəq
ABŞ İran
27 fevral / 22:20
Burada sizin reklamınız ola bilər
İran və ABŞ nümayəndələri Cenevrədə növbəti danışıqlar raundunu başa vurublar və öz ölkələrinin rəhbərliyi ilə məsləhətləşmələrdən sonra dialoqu bərpa etmək barədə razılığa gəliblər.

Qerbxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə tərəflər arasında vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Danışıqları müvafiq paytaxtlarda aparılacaq məsləhətləşmələrdən qısa müddət sonra bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada baş tutacaq”, – deyə nazir vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər