İdman

Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda cavab matçına çıxacaq

30 iyul / 10:05 1 dəq
E42233bf ce5a 3664 a74f 0a0805a5aaa7
30 iyul / 10:05
Burada sizin reklamınız ola bilər

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qerbxeber.com məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.

Paylaş
Burada sizin reklamınız ola bilər