İdman

Çempionlar Liqası: “Ferentsvaroş” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

17 avqust / 14:14 1 dəq
72592e3c 85bd 3523 88fd 6de6f36373ff 850
17 avqust / 14:14
Burada sizin reklamınız ola bilər

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Qerbxeber.com xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona bu işdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.

Qeyd edək ki, “Ferentsvaroş” -“Qarabağ” oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər