Çaylıda artezian quyularını kimlər, niyə batırır? – Foto
Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə kənd yerlərində əhalinin suya olan təlabatını ödəmək üçün dövlət tərəfindən subartezian quyuları qazılır. Qazax rayonunun Çaylı kəndində də bir neçə belə artezian quyusu qazılıb. Buna baxmayaraq bəzi köhnədən qazılmış quyular batırılır.
Bunu “Bölgənin Səsi” saytına müraciət edən Qazax rayon Çaylı kənd icmasının fəalları bildirib: “30 il bundan əvvəl qazılmış artezian quyuları batırılır. Bunu Tovuz rayon subartezian quyuları isitismarı idarəsinin rəisi Elxan Əsgərovla, həmin idarənin Qazaxdakı şöbə müdiri Fədail adlı şəxsin “yezid” dəstəsi edir”, – deyə onlar müraciətlərində bildiriblər.
Bundan əlavə, məsələ tez zamanda həllini tapmasa, yuxarı instansiyalara, eləcədə ölkə başçısına müraciət edəcəklərini vurğulayıblar: “Çaylıda “Qeysin mağazası” deyilən ərazidə yerləşən köhnə arteziandan istifadə edən 45-dən artıq ailə iki aydır ki, susuzluqdan pərişan olub. Gündə “mator xarabdır” diaqnozu qoyub, camaatdan pul yığıb, guya dövlət hesabına “sarıyırlar”. Əslində isə matoru yox, bizi sarıyır bu qoçaqlar. İndi də deyirlər, su bitib, quyu batıb. Biz – kənd sakinləri ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət etsək, artezian idarəsinin müdirindən, kənd icra nümayəndəsinə kimi deyəcəklər ki, bəs bizə niyə demirdiniz? Bu müraciəti yazdıq ki, sonra demədi deməyin! Çox yaxın vaxtlarda olanlar olacaq”.







