Dünya

CAR-da övladları məktəbdən yayınan valideynlər həbs ediləcək

28 oktyabr / 09:46 1 dəq
3e6bc512 0dbc 3d38 88c6 cd57f39b9371
28 oktyabr / 09:46
Burada sizin reklamınız ola bilər

Cənubi Afrika Respublikasının (CAR) parlamenti övladları məktəbə getməyəcək valideynlər üçün həbs cəzası nəzərdə tutan təhsil qanununu qəbul edib.

Bu barədə “Qərb Xəbər”yerli SABC media qrupuna istinadən xəbər verir.

Yeni təhsil qanunvericiliyinə əsasən, övladlarının dərsdən yayınacağı təqdirdə valideynləri 12 aya qədər həbs gözləyir. Oxşar cəza övladını məktəb yaşına çatanda məktəbə qeydiyyata yazdırmayan valideynlər üçün də tətbiq edilib.

Yeni qanun həm də məktəblərdə cismani cəzanı tamamilə qadağan edir. Cənubi Afrika məktəblərində cismani cəza 1997-ci ildə ləğv olunub, lakin bir çox məktəblərdə müəllimlər hələ də ondan istifadə edirlər.

Səsvermə zamanı parlamentarilər qanunun məktəbdə təhsil sisteminin daha səmərəli olmasına hesablandığını vurğulayıblar. Son araşdırmalara görə, Cənubi Afrika Respublikasında 10 yaşınadək hər 10 məktəblidən 8-i oxumaqda çətinlik çəkir.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər