Bu Rusiyanın sahədə irəliləməsini önləyəcək-OSTİN
Army Gen. Lloyd J. Austin III, commander of U.S. Central Command, updates reporters at the Pentagon about the military campaign against Islamic State militants in Iraq, Friday, Oct. 17, 2014. The U.S. Central Command is in charge of military operations in the Middle East, North Africa, and Central Asia, most notably Afghanistan and Iraq. (AP Photo/J. Scott Applewhite)
ABŞ Rusiya qoşunlarına qarşı piyada əleyhinə minalarından istifadəyə icazə verəcək.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
O bildirib ki, Baydenin administrasiyası Rusiyanın döyüş meydanında irəliləməsini ləngitmək üçün bu minalardan istifadəyə icazə vermək niyətindədir.
Rusiya quru qoşunları zirehli personal daşıyıcılarından döyüş meydanında daha çox istifadə edir. Ona görə də Ukrayna rusların bu səylərini ləngitməyə imkan verəcək silahlara ehtiyac duyur. Ukraynaya təklif etmək istədiyimiz minalar qısa ömürlü olacaq”, – deyə Ostin vurğulayıb.
Qeyd edək ki, piyada əleyhinə bu minalar mülki əhali üçün davamlı təhlükə yaradır. Ona görə də, onlardan istifadə xeyriyyə təşkilatları və fəallar tərəfindən tənqid edilir. Lakin Ostin bu arqumenti təkzib edib və Ukraynaya sözügedən silahların veriləcəyini təsdiqləyib.
Globalinfo.az



