Bu ölkə Ukraynanı ABŞ-la danışıqlara hazırlayır
Britaniya Ukrayna ilə ABŞ arasında yeni münaqişənin qarşısını almaq üçün Səudiyyə Ərəbistanında Vaşinqton nümayəndə heyəti ilə görüşdə Kiyevə məsləhət verib.
Qerbxeber.com xəbər verir ki, ABŞ və Ukrayna nümayəndə heyətlərinin Ər-Riyadda görüşü gözlənildiyi halda, Londonun yeni bir mübarizənin qarşısını almaq üçün Kiyev rejiminə məsləhət etdiyi bildirilir.
“The Times” yazır ki, Böyük Britaniyanın baş naziri Keir Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell həftə sonu Kiyevə gedib. O, Ukrayna nümayəndə heyətinin Səudiyyə Ərəbistanında danışıqlara qatılmasından əvvəl Zelenskiyə göstəriş verib. Qeyd olunub ki, məqsəd Donald Trampla Oval kabinetdə baş verən davanın təkrarlanmasının qarşısını almaq olub.
Məlumata görə, Pauell Zelenskiyə Ər-Riyaddakı görüşdə iştirak edən ABŞ nümayəndə heyətinə Vaşinqtonun tələblərinə cavab verəcəkləri barədə məlumat verməyi tövsiyə edib.




