Kateqoriyasız

Bu gün müəllim olmaq istəyən 1 691 nəfər imtahan verəcək

31 avqust / 10:40 1 dəq
B48650d0 e5c0 34ef a82e 7bb7d5f4dd56
31 avqust / 10:40
Burada sizin reklamınız ola bilər

Avqustun 31-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, imtahanlarda 1 691 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Paylaş
Burada sizin reklamınız ola bilər