Dünya

Bu gün Avropada Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq

22 yanvar / 11:55 1 dəq
Avropa ittifaqi bayraq
22 yanvar / 11:55
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında digər məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.

Bu barədə Avropanın yüksək rütbəli mənbəsindən məlumat verilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək.

Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər