Kateqoriyasız

Bu avtomobillər gömrük rüsumundan azad olunacaq

5 fevral / 10:35 1 dəq
D550abd06dc8c500313c67409c3819c3
5 fevral / 10:35
Burada sizin reklamınız ola bilər

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.

Dəyişiklik Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobillərin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədə olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər