Böyük Britanıyalı nazir Azərbaycana gələcək
Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycana səfər edəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld APA-ya müsahibəsində deyib.
Səfir bildirib ki, ilin sonuna yaxın Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya ticarət üzrə xüsusi elçisi Lord Alderdaysın da səfəri planlaşdırılır.




