Dünya

Borrell: Genişlənmə Aİ-nin ən vacib xarici siyasət mexanizmidir

14 dekabr / 14:28 1 dəq
657ad3a2866ec657ad3a2866ed1702548386657ad3a2866ea657ad3a2866eb
14 dekabr / 14:28
Burada sizin reklamınız ola bilər

Genişlənmə Avropa İttifaqının (Aİ) ən vacib xarici siyasət mexanizmidir.

“Qərb Xəbər” məlumat verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel Aİ Şurasının Brüsseldə keçirilən bu günkü iclasından öncə deyib.

O, Ukrayna, Gürcüstan və Balkan ölkələri ilə bağlı düzgün qərar qəbul etməyin çox vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Aİ Şurası bu gün və sabah ittifaqın genişlənmə paketini və bu çərçivədə Gürcüstana namizəd ölkə statusunun verilməsini müzakirə edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər