Bolqarıstandan rus diplomatlara tələb: Ölkəni tərk edin
Bolqarıstanın Xarici İşlər Nazirliyi 10 rusiyalı diplomatı “persona non grata” (“arzulanmaz şəxs”) elan edib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə məlumatı Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova açıqlayıb.
Onun sözlərinə görə, diplomatların “arzulanmaz şəxs” elan olunmasına səbəb olaraq, onların statuslarına uyğun gəlməyən fəaliyyətləri göstərilib.
Bolqarıstan XİN qeyd edib ki, həmin diplomatların ölkə ərazisini tərk etmələri üçün 72 saat vaxtları var. / “Qafqazinfo”




