Dünya

BMT: Qəzza əhalisinin yarısı aclıq çəkir

20 dekabr / 10:42 1 dəq
658287ff95eea658287ff95eeb1703053311658287ff95ee8658287ff95ee9
20 dekabr / 10:42
Burada sizin reklamınız ola bilər

Təxminən 2 milyon nəfər olan Qəzza əhalisinin yarısı aclıq çəkir və sakinlər İsrail bombardmanı altında bəzən günlərlə heç nə yemirlər.

“Qərb Xəbər” CNN-ə istinadən xəbər verir ki, BMT-nin Dünya Qida Proqramının (DQP) məlumatında belə qeyd olunub.

“Qəzzaya keçən yardımın miqdarı ehtiyacların kiçik bir hissəsinə belə yetmir”,- məlumatda bildirilib.

Qeyd edək ki, DQP-nin regional direktoru Korin Fleyşer Kadana telekanalına açıqlamasında bildirib ki, ötən 70 gün ərzində Qəzzaya ehtiyac duyulan qidanın yalnız 10%-i daxil olub.

Paylaş
Burada sizin reklamınız ola bilər