Dünya

BMT-nin Baş katibi İran və Pakistana çağırış edib

19 yanvar / 08:48 1 dəq
A00066f5 f425 307d 9103 9eda715a4e2e
19 yanvar / 08:48
Burada sizin reklamınız ola bilər

BMT-nin Baş katibi Antoniu Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib İran və Pakistan arasında son hücumlarından son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır.

Quterreş əmindir ki, İran və Pakistan arasında bütün təhlükəsizlik problemləri dinc yolla, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir”, – bəyanatda vurğulanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər