Dünya

BMT Gürcüstanı “xarici agentlər haqqında” qanunu qəbul etməməyə çağırıb

5 aprel / 10:10 1 dəq
660eebeaaf3d6660eebeaaf3d71712253930660eebeaaf3d4660eebeaaf3d5
5 aprel / 10:10
Burada sizin reklamınız ola bilər

BMT-nin İnsan Haqları ofisi Gürcüstan hökumətinə “xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməməyə çağırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə təşkilatın “X” platformasındakı paylaşımında məlumat yer alıb.

“Biz Gürcüstan rəsmilərini maliyyəsinin 20%-dən çoxunu xaricdən qəbul edən vətəndaş cəmiyyəti təşkilatları və media orqanlarını “xarici qüvvələrin maraqları əsasında fəaliyyət göstərən təşkilatlar” kimi damğalayacaq bu qanun layihəsini geri çəkməyə çağırırıq. Bu, söz və birləşmək azadlığına ciddi təhdid törədir”, – bəyanatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər