Bölgə xəbərləri

BMT: 1 milyard insan risk altındadır

25 may / 15:53 2 dəq
1684768237 346101481 1021254985948102 1894484455554681845 n
25 may / 15:53
Burada sizin reklamınız ola bilər
Dünyanın 43 ölkəsində 1 milyard insanın vəba epidemiyası təhlükəsi altında olduğu açıqlanıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Millətlər Təşilatı (BMT) Uşaq Fondunun birlikdə açıqlama verib.
Açıqlamada, yoluxma sayının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu bildirilib.
Xüsusilə, 5 yaşdan kiçik uşaqlarda bu riskin daha yüksək olduğu vurğulanıb.
Malavi, Nigeriya, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyaların Cənub-Şərqi Afrikanı ciddi şəkildə təhdid etdiyi bildirilib:
“Bu ilin fevral və mart aylarında Freddi qasırğası Malavi və Mozambikdə 800 min insanın məcburi köçkünə çevrilməsinə və səhiyyə xidmətlərindən istifadə edə bilməməsinə səbəb olub. Buna görə də leysan yağışlar və daşqınlar bölgədə vəba riskini artırıb”.
ÜST-nin qlobal vəba reaksiyası üzrə direktoru Henri Qrey 2025-ci ilə qədər peyvənd dozalarını ikiqat artırmalı olduqlarını bildirib.
Paylaş
Burada sizin reklamınız ola bilər